Sabah metro gücləndirilmiş rejimdə çalışacaq

Sabah metro gücləndirilmiş rejimdə çalışacaq

Hazırda oxunan: Sabah metro gücləndirilmiş rejimdə çalışacaq

135681

Mayın 13-də Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq Azərbaycanın “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə futbol matçı ilə əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək. 

Bizim.Media "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, futbol görüşünə marağı nəzərə alaraq, Bakı metropoliteninin əməliyyat planı və bu arenada təşkil olunan kütləvi tədbirlərə uyğun, stansiya oyunun başlanma saatları ərəfəsində gücləndirilmiş iş qrafikində çalışacaq. 

Bu xüsusda stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə stansiyada növbətçilik cədvəli tərtib olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. 
Sərnişinlərin oyun qurtardıqdan sonra təhükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar nəzərə alınacaq və xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO