Bu ərazilərdə yağış yağır

Bu ərazilərdə yağış yağır

Hazırda oxunan: Bu ərazilərdə yağış yağır

135674

Ötən gündən başlayaraq Şəki-Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dünən axşama doğru leysan və bir neçə dəqiqəlik dolu yağandan sonra yağış səngisə də, çiskinli duman bu saatlara kimi çəkilməyib.

Bölgə rayonlarında havanın temperaturu günortadan sonra bir qədər də aşağı enib. Əsasən dağlıq və dağətəyi ərazilərdə sazanaq yağış yağır.

Şəki regional hava məlumat bürosundan Bizim.Media-ya bildirilib ki, axşama doğru, eləcə də gecə saatlarında temperatur daha bir neçə dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraitinin qarşıdakı günlərdə də davam edəcəyi bildirilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO