İsveçli səyyahlar LAÇINDA 

İsveçli səyyahlar LAÇINDA 

Hazırda oxunan: İsveçli səyyahlar LAÇINDA 

135655

İsveç səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Xarici səyyahlar qrupunun işğaldan ərazilərə səfərində növbəti dayanacaq yeri Füzuli, Xocavənd və Ağdamdan sonra Laçın olub. 

Bizim.Media xəbər verir ki, qrupa “Club 100”ün İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir. İsveçdən gəlmiş heyətə 30-dan çox səyahətçi daxildir. 

Laçında səyyahlar şəhərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olacaqlar. Onlara otuz ilə yaxın işğal altında qalan Laçında törədilmiş erməni vandalizmi barədə məlumat veriləcək.

Həmçinin tarixi tikililər və abidələr dağıdılması barədə məlumatlandırılacaq, işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada aparılan genişmiqyaslı tikinti işlərinin şahidi olacaqlar. 

Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir. 
Bu səfərlər çərçivəsində 200-dən çox dünyada tanınan səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO