Xətai rayonunda yaşıllıqların müxtəlif üsullarla məhv edilməsi ilə bağlı məlumat vermişdik.
Materialda bəhs edilən qanunsuzluqlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab verilib.
Rəsmi açıqlamada deyilir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xətai rayonu, Sarayevo küçəsində yerləşən obyektin qarşısındakı çinar ağacının alt budaqlarının kəsildiyi və dibinin beton örtüklə örtüldüyü müəyyən edilib:
MÖVZU İLƏ BAĞLI:
Xətai rayonunda yaşıllıqlar belə məhv edilir – FOTOFAKT
“Xidmət əməkdaşlarının araşdırmaları zamanı obyektdə aparılan təmir işləri nəticəsində ağacın dibinin betonlandığı və budaqlarının obyektin sahibi Fərhad Məmmədov tərəfindən qanunsuz kəsildiyi məlum olub.
Faktla bağlı akt, protokol tərtib olunub və obyekt sahibi barəsində qanunamüvafiq tədbir görülüb. Ağacın dibi beton örtükdən təmizlənib”.
Nazirlikdən digər səslənən faktların da araşdırıldığı bildirilib.
Surxay Atakişiyev, Bizim.Media