Qorxmaz Hüseynov Elmar Vəliyevin oğluna 30 milyonluq tender verdi

Qorxmaz Hüseynov Elmar Vəliyevin oğluna 30 milyonluq tender verdi

Hazırda oxunan: Qorxmaz Hüseynov Elmar Vəliyevin oğluna 30 milyonluq tender verdi

13562

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin ailəsinə məxsus olan “Rusel” şirktənə daha bir tenderi qazandırıb.

Bizim.Media Sfera.az-a istinadən xəbər verir ki, “Azərsu”nun Yevlaxın su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi tenderin icrasını həmin şirkət həyata keçirəcək.

 

MÖVZU İLƏ BAĞLI:

''Azərsu'' parlamentdə sərt tənqid edildi - ''Qurumun rəhbəri cavab versin''


Tenderə çıxarılan layihənin ümumi dəyəri isə 30 milyon manata yaxındır.

"Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən bu günlərdə keçirilən tender müsabiqəsinin qalibi "Rusel” şirkəti  (VÖEN- 1600133861) elan edilib.

"Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün "Rusel” şirkətindən inzibati bina və emalatxana sahəsini icarəyə götürəcək. İcarəyə götrüləcək sahənin minimum 5000 kv.metr olacağı bildirilir".

"120 ay müddətinə icarəyə götürüləcək sahə üçün "Dövlət Məşğulluq Agentliyi” "Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcək".

 

"Rusel” şirkəti 23.06.1994-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 55 min 324 manat 80 qəpik olan şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev 106B ünvanında yerləşir.


Şirkətin qanuni təmsilçisi Gəncə şəhərinin keçmiş icra başçısının oğlu Vəliyev Şahmar Rüstəm oğludur. Qeyd edək ki, Şahmar Vəliyev Respublika Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı oğludur.

Hazırda Şahmar Vəliyev "Rusel” şirkəti ilə eyni ünvanda yerləşən "Azneftemaş" ASC-nin də prezidentidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO