Azərbaycan Hərbi Dəniz Qüvvələri Aralıq dənizində təlimlərə qatılıb

Azərbaycan Hərbi Dəniz Qüvvələri Aralıq dənizində təlimlərə qatılıb

Hazırda oxunan: Azərbaycan Hərbi Dəniz Qüvvələri Aralıq dənizində təlimlərə qatılıb

135592

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən "Kurtaran-2023" sualtı axtarış və xilasetmə təlimində iştirak edib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub. 
Qeyd edək ki, beynəlxalq təlimdə 17 ölkədən 37 nümayəndə iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO