Şəhid Orxan Novruzəlizadə dəfn olundu - FOTO/VİDEO

Şəhid Orxan Novruzəlizadə dəfn olundu - FOTO/VİDEO

Hazırda oxunan: Şəhid Orxan Novruzəlizadə dəfn olundu - FOTO/VİDEO

135577

Ermənistanın sərhəddə törətdiyi son hərbi təxribatları nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadə dəfn olunub. 

Bizim.Media xəbər verir ki, şəhid anadan olduğu Ağstafa rayonunun Xətai kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. 
 
*** 09:46

Ermənistanın sərhəddə törətdiyi son hərbi təxribatları nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafada yaşadığı evə gətirilib.  

Bizim.Media xəbər verir ki, şəhidlə vida mərasimi keçirilir. 

Şəhid O.Novruzəlizadə bu gün Ağstafa Şəhidlər xiyabanında dəfn olunacaq. 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
 

 
























Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO