Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində başından güllə yarası alan həqiqi hərbi qulluqçu Müslüm Mahmudlunun yaxınları Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata əsasən, ötən gün yaralı əsgərimiz Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Ailə üzvlərinin bildirdiyinə görə, yaralı əsgər ilkin tibbi müayinələrdən keçirilib. Böyük ehtimalla o, yenidən cərrahiyyə əməliyyatı olunacaq.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:44 / 12.05.2023
Ermənistanın sərhəd təxribatında yaralanan hərbçimizlə bağlı SON MƏLUMAT – ÖZƏL
Hazırda oxunan: Ermənistanın sərhəd təxribatında yaralanan hərbçimizlə bağlı SON MƏLUMAT – ÖZƏL
Hazırda oxunan: Ermənistanın sərhəd təxribatında yaralanan hərbçimizlə bağlı SON MƏLUMAT – ÖZƏL
135576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.