Azərbaycanda ekoloji maarifləndirmə problemi

Azərbaycanda ekoloji maarifləndirmə problemi

Hazırda oxunan: Azərbaycanda ekoloji maarifləndirmə problemi

135573
Prezidentin tapşırığı ilə ərsəyə gələn dərslik niyə tədris olunmur?
“9-11-ci siniflər üçün Qara Mustafayev və Rəfiqə Əliyevanın hazırladığı ”x9dEkologiya" dərsliyi tədris olunmur. Prezidentin göstərişi ilə ərsəyə gələn həmin kitab 5 ildir ki, məktəb kitabxanalarında “yatır”x9d". Bu sətirlər gənc ekoloq Fərid Məmmədovun redaksiyamıza ünvanlandığı məktubundadır. 

Belə bir fənnin keçilməsini vacib sayan ekoloq mövcud durumun məktəblilərin həmin elmdən bixəbər qalmasına gətirdiyini deyir. Fərid Məmmədov yazır: “Təbiətsevər olduğum və kamil nəsil yetişməsini istədiyim üçün bu məsələdə çox narahatam. XXI əsrdir, ekoloji problemlər dünyanı cənginə alıb, lakin yeniyetmə və gənclərimiz həmin problemlərin yaranma səbəblərindən, gələcəkdə daha nələr ola biləcəyindən, fəlakətlərin qarşısını almaq üçün yaradılmış qanunlardan, nəzəriyyələrdən, görülmüş və görülməli olan tədbirlərdən, layihələrdən, bir sözlə, ekologiya elmindən, demək olar ki, tam məlumatsızdırlar. İncəsənəti inkişaf etdirdiyimiz kimi, eko-elmini də öyrənib ekoloji mədəniyyəti formalaşdırmalı, fəaliyyətə keçməliyik”x9d. 

Müəllifə görə, Kamil xalqlar ekoloqların həyəcan təbilini çoxdan eşidib hərəkətə keçiblər: “Biz də tərəqqi üçün çalışmalıyıq. Hər xalq ekoloji cəhətdən maariflənsə, dünyanı fəlakətdən xilas edər. Biz də hərəkətə keçib borcumuzu yerinə yetirməli, 21-ci əsrin tələbinə uyğun davranmalıyıq. Orta məktəblərdə ”x9dEkologiya" fənni mütləq tədris olunmalıdır. Hər kəs hərəkətlərinə görə gələcək qarşısında məsuliyyət daşımalıdır. “Gənclər ekoloji bilikləri mənimsədikcə dünyanın mahiyyətini dərk edəcək, ətraf mühiti düşüncəli sevəcəklər”x9d. Bunu isə Qara Mustafayev deyib.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO