Qaxda ağır QƏZA: Yaralı var

Qaxda ağır QƏZA: Yaralı var

Hazırda oxunan: Qaxda ağır QƏZA: Yaralı var

135572

Qaxda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəstəxanaya yerləşdirilib. Hadisə gecə saatlarında Qax-Qorağan avtomobil yolunun 12-ci km-də qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, 42 yaşlı Dəymədağlı kənd sakini Mətləb Məmmədov idarə etdiyi avtomobil qoşqulu yük maşınına çırpılıb.

Bu zaman ağır bədən xəsarətləri alan Mətləb Məmmədov hadisə yerinə gələnlərin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qax Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya bildirilib ki, qəzada xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra üzərində cərrahi əməliyyat aparılıb. Hazırda onun müalicə və müayinəsi cərrahiyyə şöbəsində davam etdirilir.

Sürücünün həyati təhlükəsi olmasa da vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra bəlli olacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO