Bu gün yaralanan hərbçimizin ailəsindən ÖZƏL AÇIQLAMA -  FOTO 

Bu gün yaralanan hərbçimizin ailəsindən ÖZƏL AÇIQLAMA -  FOTO 

Hazırda oxunan: Bu gün yaralanan hərbçimizin ailəsindən ÖZƏL AÇIQLAMA -  FOTO 

135505

Ötən axşam Ermənistanın növbəti təxribatı nəticəsində başından güllə yarası alan müddətdən artıq həqiqi hərbi qulluqçu Müslüm Mahmudlu Qaxın Əmircan kəndində doğulub, boya-başa çatıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən ilin sonunda hərbi xidmətini başa vuran bu igid oğlan tərəddüd etmədən Azərbaycan ordusunda müddətli müqavilə bağlamaq üçün müraciət edib. Hərbi qulluqçumuzun yaralanma xəbəri ildırım sürəti ilə bütün el-obaya yayılıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Sərhəddə yaralanan hərbi qulluqçumuzla bağlı YENİ XƏBƏR


Bu gün səhərdən kənd sakinləri eləcə də Qaxın müxtəlif kəndlərindən hadisəni eşidənlər Əmircan kəndinə gəlir. Rayon rəhbərliyi, hərbi komissarlığın nümayəndələri də Mahmudovlar ailəsinə baş çəkib, onlara keçmiş olsun deyiblər.  

Bizi məhəllədə Mahmudovların ağsaqqalı Əziz müəllim qarşılayır. O, Müslümün əmisidir, qazi atasıdır. Üz-gözündə yorğunluq və əsəb hiss olunsa da bizi anlayışla qarşılayır.

Həyətdə isə xeyli insan var. Əziz müəllim deyir ki, səhər tezdən eşidən-bilən hər kəs təsəlliyə, keçmiş olsun deməyə gəlir. Rayon rəhbərliyindən, hərbi komissarlıqdan gələrək ailə üzvləri ilə görüşüb, son məlumatları veriblər.  

Onun sözlərinə görə, Müslüm hərbi xidməti başa vurandan sonra müqavilə ilə xidmətə gedib: 

“Hardasa 3 ay olar ki, xidmətdə idi. Bizə məlumat gəlib ki, düşmən tərəfindən güllə atılıb və yaralanıb. Rəsmilərin verdiyi məlumata görə artıq vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur. Hələki gözləyirik, Bakıya göndəriləcəyi deyilir. Biz də yaxını, valideyni kimi görüşünə getməyə hazırlaşırıq”.  

Əziz müəllim əlavə edir ki, qoy həkimlərinin əlləri şəfalı, düşərli olsun. Bəli, bizim güclü həkimlərimiz var. Əli sayalı olsun, sağalsın, həyata qayıtsın. 

İndi Mahmudovlar ailəsi kimi bütün əmircanlılar, qaxlılar Müslümün sağalıb evinə, ailəsinə qayıtması üçün dua edir.   






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO