Övladlığa götürülən, sonra isə imtina edilən yeniyetmə ilə bağlı RƏSMİ AÇIQLAMA   

Övladlığa götürülən, sonra isə imtina edilən yeniyetmə ilə bağlı RƏSMİ AÇIQLAMA   

Hazırda oxunan: Övladlığa götürülən, sonra isə imtina edilən yeniyetmə ilə bağlı RƏSMİ AÇIQLAMA   

135494

Bakıda 68 yaşlı qadının qeyri-rəsmi övladlığa götürdüyü 14 yaşlı qızdan imtina etdiyini və Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirmək istədiyini xəbər vermişdik. 

Qeyd edək ki, 14 yaşlı qız Nəsimi Rayon 19-cu Polis Bölməsi tərəfindən sözügedən sığınacağa gətirilib. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə heç bir sənədi olmayan yeniyetmənin yerləşdirilməsi üçün qadını Sosial Xidmətlər Agentliyinə yönləndirib.
Məlum olub ki, hüquq mühafizə orqanları tərəfindən uşağın yerləşdirilməsi ilə bağlı bir həftə öncə Sosial Xidmətlər Agentliyinə müraciət də olunub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Bizim.Media-ya açıqlamasında məsələnin onların nəzarətində olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

68 yaşlı qadın vaxtilə övladlığa götürdüyü 14 yaşlı yeniyetmədən İMTİNA ETDİ


“Sözügedən mövzuda Agentliyə daha öncə müraciət daxil olmayıb. Ancaq məsələ diqqətimizdədir. Qanunvericiliyə uyğun lazımi addım atılacaq”, - deyə qurum rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO