BİZİM TƏQVİM: “Bişkek protokolu

BİZİM TƏQVİM: “Bişkek protokolu"nun qüvvəyə minməsindən 29 il ÖTÜR

Hazırda oxunan: BİZİM TƏQVİM: “Bişkek protokolu"nun qüvvəyə minməsindən 29 il ÖTÜR

135487

1994-cü ilin bu günündə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş - “Bişkek protokolu" qüvvəyə minib. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin keçmiş Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atıb. 

Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində “Böyük sülh sazişi” imzalamalı idilər. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi. 

Nəticədə Azərbaycan Ordusu öz sözünü dedi. Ali Baş Komandan İlham Əliyevin göstərişi və xalqımızın dəstəyi ilə 44 günlük müharibənin yekununda Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi, torpaqlarımız işğaldan azad olundu.

Bəs, mayın 12-də dünyada daha nələr olub?

1. 919-cu ilin 12 may tarixində Saksoniya hersoqu I Henrix Almaniya kralı elan olundu və bu sülalənin hökmranlığı 100 il davam etdi.

2. 1550-ci ilin bu günü İsveç kralı I Qustav Vasa Fin körfəzinin Şimal sahilində isveç dilində “Helsinq şəlaləsi” mənasını verən Helsinqfors şəhərinin bünövrəsini qoydu. O vaxt Finlandiya İsveçin tərkibində idi.

3. 12 may 1906-cı ildə Azərbaycanın paytaxtında “Bakinski raboçi” (Бакинский рабочий) qəzeti Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı təşkilatının gizli orqanı kimi nəşrə başlayıb. Hazırda “Bakinski raboçi” Azərbaycan respublikası həyatının müxtəlif sahələrini əks etdirən maraqlı və oxunan qəzetlərdən biridir. 

4. 1920-ci ilin bu günündə bolşevik ordusu Şuşaya daxil olub.

5. 1949-cu ilin 12 mayında SSRİ-nin 11 ay davam edən Berlin mühasirəsi başa çatdı. Bu zaman kəsiyində Berlin xalqının ehtiyacları ABŞ və İngiltərə tərəfindən "Hava körpüsü" vasitəsilə təmin edildi.

6. 12 may 1992-ci ildə Türkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirəl Şuşanın işğalı ilə bağlı bəyanat verib. O, Ermənistanın təcavüzünün genişlənəcəyi halda Türkiyənin Azərbaycana hərbi yardım göstərə biləcəyini bildirib.
7. 1995-cı ilin 12 mayında  Azərbaycan və Venesuela arasında diplomatik əlaqələr qurulub.

8. 12 May Ümudünya Tibb Bacıları Günüdür. Bu bayram Tibb Bacılarının Beynəlxalq Şurası tərəfindən ilk şəfqət bacısı Florens Naytingelin şərəfinə 1971-ci ildə təsis olunub.

9. 2004-cü ilin 12 mayında Naxçıvan beynəlxalq hava limanının təntənəli açılışı olub.

10. 12 may 2009-cu ildə  Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş yeni inzibati binanın təntənəli açılış mərasimi keçirilib.

11. 2017-ci ilin bu günündə  Bakıda İslam Həmrəyliyi Oyunlarının açılışı olub. 

12. Azərbaycanın silahlı qüvvələri Qaragöl  istiqamətindən irəliləyərək bir sıra mühüm yüksəkliləri nəzarətə götürüb.

13. 2021-ci ilin bu günüdə Şuşada 30 ildən sonra Xarıbülbül Musiqi Festivalı keçirilib.

12 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Azərbaycanın tanınmış bəstəkarı, dirijor və pedaqoq Səid Rüstəmov 1907-ci ilin bu günü dünyaya gəlib.

2. Azərbaycanlı jurnalist, senarist və idman aparıcısı Valid Sənani 12 may 1935-ci ildə anadan olub.

3. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 1938-ci ilin bu günündə dünyaya göz açıb.

4. 1940-cı ilin 12 may tarixində şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla anadan olub. 

5. 12 may 2005-ci ildə məşhur Azərbaycan xanəndəsi, Azərbaycan SSR Xalq Artisti Sara Qədimova vəfat edib.

6. 2011-ci ilin bu günündə tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO