6 dövlət qurumunun saytının fəaliyyəti DAYANDIRILDI  

6 dövlət qurumunun saytının fəaliyyəti DAYANDIRILDI  

Hazırda oxunan: 6 dövlət qurumunun saytının fəaliyyəti DAYANDIRILDI  

135486

İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dayandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Xidmətinin məlumatında bildirilib. 

Aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin //ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin //aida.mfa.gov.az//nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin //qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun //ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin //ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyəti dayandırılıb. 

Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO