Qadının dini xadim və imam olması niyə MÜMKÜN deyil? – İlahiyyatçıdan maraqlı AÇIQLAMA 

Qadının dini xadim və imam olması niyə MÜMKÜN deyil? – İlahiyyatçıdan maraqlı AÇIQLAMA 

Hazırda oxunan: Qadının dini xadim və imam olması niyə MÜMKÜN deyil? – İlahiyyatçıdan maraqlı AÇIQLAMA 

135473

Xəbər verdiyimiz kimi 15-ə yaxın məscidə qadın dini ayin icraçısı təyin edilib. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıqlayıb. Onun sözlərinə görə qadın dini ayin icraçılarının təyinatı davam edəcək və sayı artacaq.

Məsələ ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Qadınların belə bir funksiya yerinə yetirmələri sərt şəkildə tənqid edilib.  

Maraqlıdır, niyə qadının dini xadim, imam və ya müctəhid olması mümkün deyil?  İslamda bu barədə nə deyilir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan məscidlərə qadın dini ayin icraçılarının təyin olunmasını təqdiredici hal kimi qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

15-ə yaxın məscidə qadın imam TƏYİN EDİLİB – Mübariz Qurbanlı 


O, deyib ki, qadın dini ayin icraçılarının yerini İrançı qüvvələr doldururdu:

“İslamda qadına normal hüquqlar verilir. Dini ayinlərin icrası, ibadətə rəhbərlik isə kişilərə həvalə olunur. Bu təkcə İslamda yox, yəhudi və xristianlıqda da belədir. Çünki məsuliyyəti və yükü ağırdır. Qadın nəcib varlıq olduğu üçün onun boynuna bu ağır yükü qoymaq olmaz.

Kişi məscid imamı yağışda,  küləkdə uzaq bir qəbristanlıqda ölü dəfninə rəhbərlik edə bilir, ancaq qadın üçün bu düzgün alınmır. Ələxüsus da ki, ibadətlərdə bir qədər məhrəmlik məsələsi var. Tutaq ki, qadın imam namazda kişilərə rəhbərlik edir və onların önündə əyilib-qalxır. Bu qətiyyən doğru deyil. 

İbadətlərdə, ayinlərin icrasında kişi din xadimləri öndə olmalı, məsuliyyət və yükü onlar götürməlidirlər. Ancaq bununla yanaşı dini rütbə baxımından qadın o rütbəyə çata bilər. Tutaq ki, qadın müctəhid də ola bilər. Ancaq ona təqlid etmək olmaz.
Çünki təqlid edilən şəxs ona təqlid edənlərə bağlı olmalıdır, onların hər mövzuda olan suallarına cavab verməlidir və bütün zamanlarda fasiləsiz olaraq həyatı davam etməlidir. Xəstəlik, adət halları, doğum fasiləsi kimi məsələlər müctəhidin işinə xələl gətirən amildir”.

İlahiyyatçı qeyd edib ki, qadın yalnız qadınlara imamlıq edə bilər:

“Kişilərə edə bilməz. Peyğəmbərin həyat yoldaşı Həzrəti Xədicə, qızı Fatimə, Peyğəmbərin digər həyat yoldaşları, İmam Əlinin qızı Həzrəti Zeynəb demək olar ki, müctəhid idilər, alim idilər. Ancaq onlar namazda camaata imamlıq etmirdilər. Sualları isə cavablayırdılar, bildiklərini insanlara çatdırırdılar”.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO