Qusar məktəbində böyük bayram – FOTO  

Qusar məktəbində böyük bayram – FOTO  

Hazırda oxunan: Qusar məktəbində böyük bayram – FOTO  

135468

Təhsil nazirinin elektron lövhə verdiyi məktəbdə möhtəşəm Əlifba bayramı keçirilib. Birincilərin hafizəsinə xoş gün kimi yazılan tədbir Qusar şəhərindəki Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbdə baş tutub. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, şənlik Heydər Əliyevin 100 illik yubileyi günündə qeyd edilib. Birincilərin müəllimi Samirə Məmmədova bu dərs ilindən 1 “A” sinfində elektron lövhədən istifadə etdiklərini xüsusi razılıqla vurğulayıb. 

Bizim.Media-nın qaldırdığı məsələdən sonra təhsil naziri Emin Əmrullayevin göstərişi ilə Qusar şəhər 1 saylı və Urva kənd tam orta məktəblərinə elektron lövhə verildiyini xatırladan Samirə Məmmədova bu yeniliyin birincilərin intelektual səviyyəsinin yüksəlməsinə böyük təsir göstərdiyini qeyd edib.

Elə bu səbəbdəndir ki, məktəbin birinciləri Azərbaycan dili, riyaziyyat, texnologiya fənləri üzrə maraqlı və düşündürücü səhnələr hazırlayıblar.

Hazırlanan səhnələrdə həmin fənlər əsasında baş həkim, hərbçi, kosmonavt, sürücü, müəllim, dənizçi, aşpaz, üzümçü və digər peşə sahibləri olan balaca məktəblilər bütün ixtisas və biliklərin yüksək qavranılmasının başında Azərbaycan əlifbasını, Azərbaycan dilini yüksək səviyyədə bilib qavramaq olduğunu bildiriblər. Məkrəbin direktoru Arif Xəlilov fərqlənən şagirlərə Fəxri Fərman təqdim edib. 
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO