Ermənistanın son təxribatında şəhid olan hərbçimiz sabah DƏFN OLUNACAQ

Ermənistanın son təxribatında şəhid olan hərbçimiz sabah DƏFN OLUNACAQ

Hazırda oxunan: Ermənistanın son təxribatında şəhid olan hərbçimiz sabah DƏFN OLUNACAQ

135448

Bu gün Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadə sabah dəfn ediləcək. 

Bizim.Media-nın Qərb Bürosu xəbər verir ki, şəhid Orxan Novruzəlizadə doğulduğu Ağstafa rayonunun Vurğun kənd qəbristanlığında torpağa tapşırılacaq. 

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. 
 
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO