Bakı Nəqliyyat Agentliyinin son layihələrindən biri də qapalı dayanacaqların quraşdırılmasıdır. Lakin diqqət çəkən məqam həmin dayanacaqların kommersiya məqsədilə istifadə edilməsidir.
Belə ki, şəhərin küçələrində əvvəllər quraşdırılmış avtodayanacaqlar faktiki olaraq ticarət köşkləriylə əvəzlənir. Ən pisi də odur ki, bu proses həyata keçirilərkən səki tamamilə bağlanır.
Nəticədə piyadaların gediş-gəlişi xeyli çətinləşir. Səki ilə gedən piyada ticarət köşkünə çatarkən məcburdur ki, avtomobil yoluna çıxsın. Bu da həmin piyadanın həyatı üçün böyük təhlükə yaradır.
Bakı Dəmiryol Vağzalının yaxınlığındakı dayanacaqda da oxşar vəziyyət ortaya çıxıb.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirilib ki, fakt araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.
MÖVZU İLƏ BAĞLI:
BNA-dan “analoqsuz” dayanacaq layihəsi ilə bağlı AÇIQLAMA – FOTOFAKT
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media