Şəkinin şəhərdaxili hərəkətlilik planı hazırlanacaq. Bu məqsədlə Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bizim.Media-nın yerli bürosu bildirir ki, Şəki Şəhər İcra Hakimiyyətində təşkil edilmiş geniştərkibli görüşdə müqaviləni icra hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev imzalayıblar.
Qeyd olunub ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri həyata keçirilməkdədir. Dayanıqlı İnkişaf Məqsədlərinin məqsəd, meyar və göstəricilərinin milliləşdirilməsi üçün əhatəli və əhəmiyyətli işlər ardıcıl olaraq icra olunur.
Odur ki, bu gün icrasına başlanan layihə məhz 2030-cu ilədək addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsəd özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi vasitəsilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir.
Görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak ediblər.
Sonda AzTU-nun Sosial-inkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri şəhər rəhbərliyinə təqdim edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
![Şəkinin hərəkətlilik planı hazırlanacaq – FOTO Şəkinin hərəkətlilik planı hazırlanacaq – FOTO](https://bizim.media/file/articles/2023/05/11/1683785261_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:56 / 11.05.2023
Şəkinin hərəkətlilik planı hazırlanacaq – FOTO
Hazırda oxunan: Şəkinin hərəkətlilik planı hazırlanacaq – FOTO
Hazırda oxunan: Şəkinin hərəkətlilik planı hazırlanacaq – FOTO
135379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.