Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib - FOTO 

Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib - FOTO 

Hazırda oxunan: Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib - FOTO 

135354

Mayın 10-da Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra mərasimdə çıxış edənlər Mülki müdafiə qoşunlarının sıralarına daxil olan gənc əsgərlərin andiçmə mərasiminin Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf etməsi ilə əlamətdar olduğunu vurğulayıblar.  

Qeyd edilib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. 

Çıxışlarda qeyd olunub ki, Mülki müdafiə qoşunlarının şəxsi heyəti nəinki ölkəmizdə, eləcə də ölkəmizin sərhədlərindən kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fədakarlıqla xidmət göstərirlər. 
Mərasimdə çıxış edən gənc əsgər Bəxtiyar Quliyev hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib. 

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər. 

Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO