Dahi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Qubada əsl bayram kimi qeyd edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gün ərzində baş tutan rəsmi tədbirlərdən sonra axşam saat 18-də Quba olinmpiya İdman kompleksinin stadionunda möhtəşəm bayram şənliyi keçirilib.
Paytaxt Bakıdan dəvət edilən incəsənət ustalarının ifasını stadiona yığışan 10 mindən artıq Quba sakini izləyib. Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şənlik iştirakçılarını salamlayaraq müstəqil Azərbaycan dövlətinin dahi lider Heydər Əliyevin şah əsəri olduğunu qeyd edib.
Bildirib ki, bu gün 100 illik yubileyi qeyd olunan Heydər Əliyevin adı hər bir Azərbaycan vətəndaşının, o cümlədən hər bir Quba sakininin qəlbində də əbədi iz salıb və bu səbəbdəndir ki, Azərbaycan xalqı Heydər Əliyevi əbədiyaşar lider kimi həmişə hörmət və ehtiramla xarırlayacaq.
Bayram konserti möhtəşəm atəfəşanlıqla başa çatıb.
Qeyd edək ki,Quba polisi 10 mindən artıq insanın qatıldığı atəşfəşanlığqda asayişi yüksək səviyyədə təmin edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.