Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti pisləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Demokrat.az-a aktyorun qızı Kəmalə Qasımova məlumat verib.
O deyib ki, hazırda atasının vəziyyəti çox ağırdır:
“Atamın şah damarında qanaxma yaranıb, əməliyyat olunub. Hazırda “Baku Medical Plaza”da müalicə alır. Vəziyyəti çox ağırdır. Yaxşı olardı ki, dövlətimiz onun vəziyyəti ilə bağlı məsələni nəzarətə götürsün. Səlahətli şəxslərdən dəstək gözləyirik”.
Qeyd edək ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:48 / 10.05.2023
SON DƏQİQƏ! "Sürücü Əhməd"in vəziyyəti ağırlaşdı
Hazırda oxunan: SON DƏQİQƏ! "Sürücü Əhməd"in vəziyyəti ağırlaşdı
Hazırda oxunan: SON DƏQİQƏ! "Sürücü Əhməd"in vəziyyəti ağırlaşdı
135323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.