Göyçayda Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu – FOTO 

Göyçayda Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu – FOTO 

Hazırda oxunan: Göyçayda Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu – FOTO 

135313

Göyçayda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lideri Heydər Əliyevin100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, İqtisad Universitetinin professoru İrşad Kərimli, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Ağayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Əsrin adamı” adlı sənədli film nümayiş edilib. İncəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil olunub. 






















Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO