Ağsuda Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu – FOTO  

Ağsuda Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu – FOTO  

Hazırda oxunan: Ağsuda Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu – FOTO  

135311

Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd edilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, respublikanın mədəniyyət və incəsənət nümayəndələri, rayon ağsaqqalları, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Ağsu şəhər Mədəniyyət evində təşkil olunan rəsmi yığıncaq öncəsi Dövlət himni səsləndirilib.

Çıxış edənlər bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixində Sərəncam imzalayıb.

Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb.

Dünya dövlətləri sırasında Ulu Öndərin özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir. Rəsmi yığıncağın sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Axşam saatlarında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda respublikanın mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı nümayiş olunub. Konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq təşkil edilib. 


















Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO