“TikTok”da polisləri təhqir edən şəxs həbs edildi

“TikTok”da polisləri təhqir edən şəxs həbs edildi

Hazırda oxunan: “TikTok”da polisləri təhqir edən şəxs həbs edildi

135305

“TikTok” sosial şəbəkəsində canlı yayım açaraq polisləri təhqir edən şəxs həbs edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Abşeronda baş verib. Bir neçə gün öncə Famil Quliyev (şərti) sərxoş vəziyyətdə “TikTok”da canlı yayımda Abşeron Rayon Polis idarəsinin əməkdaşlarının ünvanına söyüşlər istifadə edib. O, bununla bağlı polis bölməsinə dəvət edilsə də, getməkdən imtina edib. Daha sonra onu aparmaq üçün gələn polislərlə mübahisə edib. Polisin qanuni tələbinə tabe olmadığı üçün onun barəsində inzibati protokol tərtib olunub. 

F.Quliyev izahatında əməli törətdiyini etiraf edərək hadisə vaxtı içkili olduğunu bildirib. 

Protokola Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə bu qənaətə gəlib ki, canlı yayımda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə insanların diqqətini özünə cəlb edən şəxs ictimai qaydanı pozub. F.Quliyev 10 gün müddətinə inzibati qaydada həbs olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO