Qubada üç ildir nişanlı olan Vətən müharibəsi qazisinin toyu oldu – FOTO 

Qubada üç ildir nişanlı olan Vətən müharibəsi qazisinin toyu oldu – FOTO 

Hazırda oxunan: Qubada üç ildir nişanlı olan Vətən müharibəsi qazisinin toyu oldu – FOTO 

135301

Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü  günündə Vətən müharibəsi qazisi, 3-cü qrup əlil Elgün Nəsrullayevin toy mərasimi baş tutub. Üç ildir nişanlı olan qaziyə bu xoş günü Quba İH başçısı Ziyəddin Əliyev bəxş edib. Bir neçə gün əvvəl qazinin Ərməki kəndində yaşadığı evə baş çəkən rayon rəhbəri yaşayış evinin çox bərbad və təmirsiz olduğunu öyrənib. İcra başçısına o da məlumat verilib ki, evi olmadığından Elgün Nəsrullayev özünə toy edə bilmir.  

Ziyəddin Əliyevin tapşırığı ilə Ərməki kəndində qaziyə torpaq sahəsi ayrılıb və bu gün səhər həmin sahədə yeni evin təməlqoyma mərasimi keçirilib. Mərasimə qatılan Quba İH başçısı qazinin evinin qısa vaxt ərzində tikiləcəyini bildirib. Təməlqoymadan sonra Qubadakı şadlıq saraylarındsn birində Vətən Müharibəsi qazisi Elgün Nəsrullayevə möhtəşəm toy məclisi qurulub. 
Toy şənliyində Quba İH-nin rəsmiləri, qazinin ailə üzvləri və kənd sakinləri, hüquq-mühafizə orqanlarnın rəhbərləri, millət vəkilləri Vahid Əhmədov, Anatoli Rafailov, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, keçmiş döyüşçülər iştirak edib. Quba İH başçısı Ziyəddin Əliyev yeni ailə quran cütlüyə ən xoş arzularını bildirib, onların problemlərinin həllində həmişə dövlətin dəstək olacağını deyib.  

Qazi Elgün Nəsrullayevin atası Müdhəd Nəsrullayev oğlunun toy və ev məsələsinin həllində göstərdiyi xüsusi köməyə və dəstəyə görə rayon rəhbərinə ailəsi adından təşəkkürünü bildirib: 

“Maddi çətinlik ucbatından toy edib, ev tikə bilmirdik. Rayon rəhbərliyi vəziyyətimizlə şəxsən maraqlandı. Sağ olsun, çox savab iş gördü”. 

Toy məclisində iştirak edən Qubadan seçilmiş millət vəkili Vahid Əhmədov da cütlüyü təbrik edib, onlara ailə səadəti arzulayıb. 

Azərbaycan Şəhid Ailələrinə "Qayğı" Cəmiyyətinin sədri Müşfiq Əliyev də qaziyə göstərdiyi diqqətə görə rayon rəhbərliyinə öz razılığını çatdırıb. 

Qeyd edək ki, Vətən Müharibəsində Xocavənd, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə fəal iştirak edən qazi Elgün Nəsrullayev Azərbaycan Prezidenti İlham Əliyevin bu rayonların azad olunmasına  görə təsis edilən 3 döyüş medalı ilə təltif edilib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO