Paytaxtda şagirdlər Heydər Əliyevə həsr olunmuş “flashmob” HAZIRLADILAR – FOTO  

Paytaxtda şagirdlər Heydər Əliyevə həsr olunmuş “flashmob” HAZIRLADILAR – FOTO  

Hazırda oxunan: Paytaxtda şagirdlər Heydər Əliyevə həsr olunmuş “flashmob” HAZIRLADILAR – FOTO  

135300

Suraxanı rayonu M.Mehdiyev adına 280 saylı məktəbin şagirdləri ümummilli liderə həsr olunmuş “flashmob” hazırlayıblar. 

Bizim.Media xəbər verir ki, "Ulu öndər Heydər Əliyevin 100 illik yubleyi" münasibətilə təşkil olunan Flashmob məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şamama Şəfiyevanın təşkilatçılığı ilə baş tutub.  

Qeyd edək ki, Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanıb. Tədbir planına əsasən, məktəbdə “Heydər Əliyev İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO