Tərtərdə Heydər Əliyevə həsr olunmuş fotosərgi keçirilib – FOTO  

Tərtərdə Heydər Əliyevə həsr olunmuş fotosərgi keçirilib – FOTO  

Hazırda oxunan: Tərtərdə Heydər Əliyevə həsr olunmuş fotosərgi keçirilib – FOTO  

135249

Tərtərdə Ümummilli Liderə həsr olunmuş fotosərgi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Tərtər Rayon Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə sərgi keçirilib. Sərgidə tədbir iştirakçıları Ulu Öndərin Tərtər rayonuna 1975, 1976 və 1978-ci illərdə səfərlərini əks etdirən fotoşəkillərə, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin çəkdikləri rəsm və hazırladıqları dekorativ tətbiqi sənət nümunələrinə baxıblar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən ən yaxşı rəsm əsərlərinin və dekorativ tətbiqi sənət nümunələrinin müəllifləri fəxri fərmanla təltif olunublar. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO