İmamların istefası ilə bağlı RƏSMİ AÇIQLAMA  

İmamların istefası ilə bağlı RƏSMİ AÇIQLAMA  

Hazırda oxunan: İmamların istefası ilə bağlı RƏSMİ AÇIQLAMA  

135228

“Şeyxülislamın verdiyi fətva bütün məscidlərimizdə yerinə yetirilməlidir. Bu zaman pozuntular olursa, bununla bağlı müvafiq tədbirlər görülür”. 

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bir-iki məscidin imamı istefa verib: 

“Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislamın, Qazılar Şurasının çıxartdığı fətvaları kimsə pozursa, aydın məsələdir ki, o adam Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Bu zaman özü səhvini başa düşürsə, ola bilsin, istefa verir”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Xırdalan məscidinin imamı Azər Sani, Corat məscidinin imamı Hacı Sahib Məmmədov və İmişli məscidinin imamı Hacı Adıgözəl Bəşirli istefa veriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO