Tərtərlilər Heydər Əliyevi ehtiramla yad etdilər – FOTO  

Tərtərlilər Heydər Əliyevi ehtiramla yad etdilər – FOTO  

Hazırda oxunan: Tərtərlilər Heydər Əliyevi ehtiramla yad etdilər – FOTO  

135221

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Tərtər rayonunda da qeyd olunub. Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını nümayiş etdiriblər. 

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq –mühafizə orqanlarının kollektivləri, şəhid ailələri və qazilər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rayon ərazisində yerləşən N saylı hərbi hissələrinin zabit və əsgərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların kollektivləri, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, rayonun mərkəzi meydanı əlamətdar gün münasibətilə rayonda konsert proqramı və atəşfəşanlıq təşkil ediləcək. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO