Qəbələ sakinindən Ulu Öndərin 100 illiyinə töhfə - VİDEO  

Qəbələ sakinindən Ulu Öndərin 100 illiyinə töhfə - VİDEO  

Hazırda oxunan: Qəbələ sakinindən Ulu Öndərin 100 illiyinə töhfə - VİDEO  

135220

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının yaddaşında böyük iz qoyub. Onlardan biri də Qəbələ sakini Ağalar Çələbiyevdir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələnin ucqar Savalan kəndində yaşayan Ağalar Çələbiyev mart ayından başlayaraq Qəbələ-Ağdaş yolu kənarındakı yararsız ərazini abadlaşdırmağa başlayıb. O, əraziyə başqa yerdən torpaq tökdürüb və ətrafında səliqə-sahman yaradıb və beləcə Ulu Öndərin 100-cü ildönümünə ərazidə 100 küknar ağacı əkib. Ömrünün 75-ci baharını yaşayan bu sadə kənd adamı yaşadığı kənddə bağ-bağat salmaqla məşğuldur.

Saldığı bu bağı da elə Ulu Öndərin əziz xatirəsinə ithaf edib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO