TƏBİB Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında baş verən partlayışla bağlı məlumat yayıb.
Bizim.Media quruma istinadən xəbər verir ki, partlayış səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb edilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda yataqxanada PARTLAYIŞ - Ölən və yaralılar var
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 5 nəfər (3-ü kişi cinsi, 2-si qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Eyni zamanda yanıq xəsarətləri ilə 2 nəfər (1-i kişi cinsi, 1-i qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Bizim.Media