Komitə sədrindən Sumqayıtda 7 yaşlı uşağın idman zalında öldürülməsinə MÜNASİBƏT  

Komitə sədrindən Sumqayıtda 7 yaşlı uşağın idman zalında öldürülməsinə MÜNASİBƏT  

Hazırda oxunan: Komitə sədrindən Sumqayıtda 7 yaşlı uşağın idman zalında öldürülməsinə MÜNASİBƏT  

135196

“Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, dərhal bu məsələ ilə məşğul olublar. 

"Bu, qəbuledilməz və ağlasığmaz hərəkətdir. Aidiyyəti qurumlar müvafiq işləri aparırlar. Oradakı bəzi məqamlarla bağlı fikir söyləyə bilmərik. Heç söylənilməsi də məqsədəuyğun deyil.

Düşünürəm ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə müvafiq monitorinqlərin aparılması işini təşkil etməliyik. Hazırda da bu işlə məşğuluq", - B.Muradova söyləyib. 

Qeyd edək ki, məşq zamanı azyaşlının ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Məşqçi Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO