DTX rəisi: “Heydər Əliyev gələcək müstəqil Azərbaycan dövlətinin kadr potensialını yaradırdı”

DTX rəisi: “Heydər Əliyev gələcək müstəqil Azərbaycan dövlətinin kadr potensialını yaradırdı”

Hazırda oxunan: DTX rəisi: “Heydər Əliyev gələcək müstəqil Azərbaycan dövlətinin kadr potensialını yaradırdı”

135172

Heydər Əliyev gələcək müstəqil Azərbaycan dövlətinin kadr potensialını yaradırdı. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Xalq qəzeti”ndə dərc edilmiş müsahibəsində deyib. 

“Qeyd etməliyəm ki, Ulu Öndərin 1950-ci illərin əvvəllərindən təhlükəsizlik orqanlarının milliləşdirilməsi istiqamətində göstərdiyi səylər Əks-kəşfiyyat şöbəsinin rəisi kimi məsul bir vəzifəyə təyin olunduqdan sonra daha geniş vüsət aldı.
Təsadüfi deyil ki, 50-ci illərin sonlarından başlayaraq 60-cı, 70-ci illəri Heydər Əliyevin birbaşa rəhbərliyi və sonralar da onun himayəsi altında təhlükəsizlik orqanlarının intibah dövrü adlandırırıq. Heydər Əliyev 2-ci şöbənin rəisi təyin olunduqdan sonra təhlükəsizlik orqanlarına qəbul olunmuş azərbaycanlı kadrların sayının durmadan artması, onun diqqət və qayğısı ilə bu sahədə yeni gənc nəslin yetişməsi, təbii ki, bu qurumun fəaliyyətinə müsbət təsirini göstərməklə yanaşı, Ulu Öndərin respublikaya rəhbərliyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu vaxtlarda da təhlükəsizlik orqanlarının fəaliyyətinin səmərəli qurulmasını şərtləndirmişdir. Bunu sadəcə belə ifadə etmək olar ki, Heydər Əliyev bu addımı ilə, sanki, gələcək müstəqil Azərbaycan dövlətinin kadr potensialını yaradırdı”, - DTX rəisi müsahibəsində bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO