"Həmkarınızdan nümunə götürün, cənab nazir!" -Fikrət Məmmədova müraciət

Hazırda oxunan: "Həmkarınızdan nümunə götürün, cənab nazir!" -Fikrət Məmmədova müraciət

135153
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov cənablarına
xa0
xa0 Hörmətli cənab nazir! Astara Rayon Məhkəməsi «İddiaçı» olduğum 2(018)-1381/2015 saylı mülki işə dair torpaqşünaslıq üzrə məhkəmə ekspertizasının təyin edilməsi haqqında qəbul etdiyi 27 oktyabr 2015-ci il tarixli qərardadla ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mötəbər mənbələrdən əldə etdiyim məlumata görə, həmin qərardad 02 dekabr 2015-ci il tarixdə Ekspertiza Mərkəzinə daxil olmuşdur. xa0
xa0 xa0«Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında» Təlimatın 4.1-ci maddəsinin tələbinə görə, ekspertiza təyin edilməsi haqqında hakimin qərardadı Ekspertiza Mərkəzinə daxil olduğu tarixdən başlayaraq bir aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparmalı, yazılı rəy tərtib etməli və onu dərhal ekspertizanı təyin etmiş orqana və ya şəxsə göndərməlidir.
xa0 xa0Lakin qanunla müəyyən edilmiş müddət ərzində Ekspertiza Mərkəzindən mənə və məhkəməyə heç bir ekspertiza rəyi təqdim olunmadığına görə mən 28 fevral 2016-cı il tarixdə Ekspertiza Mərkəzinə bu barədə elektron müraciət etdim. Ekspertiza Mərkəzinin 17 mart 2016-cı il tarixli, 1812 saylı elektron cavab məktubu ilə mənim nəzərimə çatdırıldı ki, Astara rayonu Təngərüd kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirilməsi 10 mart 2016-cı il tarixə təyin edilmişdir.
xa0 Ümid edirdim ki, müvafiq ekspertiza rəyi, heç olmazsa, ekspertizanın keçirildiyi gündən başlayaraq növbəti bir ay ərzində, yəni 10 aprel 2016-cı il tarixə kimi mənə ya da məhkəməyə təqdim ediləcəkdir. Təəssüflər olsun ki, bu müddət ərzində də müvadiq ekspertiza rəyi verilmədi.
xa0 Mən 12 aprel 2016-cı il tarixdə yenidən Ekspertiza Mərkəzinə müraciət etdim və 10 mart 2016-cı il tarixə təyin edilmiş ekspertiza tədqiqatının nəticələri barədə mənə məlumat verilməsini xahiş etdim. Ekspertiza Mərkəzinin 27 aprel 2016-cı il tarixlıi, 2878 saylı elektron məktubu ilə mənim nəzərimə çatdırıldı ki, Astara Rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli ekspertiza təyin edilməsi haqqında qərardadı icra edilmədən mülki işin materialları ilə birlikdə məhkəməyə qaytarılmışdır.
xa0 xa0Hörmətli cənab nazir! Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsi əmr edir: Məhkəmələrin qanuni qüvvəyə minmiş qərardadı bütün dövlət hakimiyyəti orqanları, onların vəzifəli şəxsləri üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır!

xa0 Nəzərinizə çatdırım ki, mən Sizə bu barədə Ginnesin Rekordlar Kitabına düşəcək sayda elektron müraciətlər ünvanlamışam. Lakin təəssüflər olsun ki, bu istiqamətdə rəhbərlik etdiyiniz Nazirlik tərəfindən heç bir qanuni tədbir görülmür.
xa0Doğrudur, hal-hazırda Azərbaycanla Ermənistan arasında qanlı döyüşlərin getdiyi, respublikamızın ərazi bütövlüyü uğrunda çoxsaylı əsgərlərimizin şəhid olduqları bir məqamda bu barədə Sizə təkrar-təkrar müraciət etməyi özümə rəva bilmirəm. Amma unutmayın ki, mən də 1-ci Qarabağ müharibəsinin veteranı və qazisiyəm. Barı həmkarınız, Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənovdan bircə zərrə qədər də olsa nümunə götürün, cənab nazir!
xa0
xa0 Hörmətlə, Yadigar Xanmuradov Almaniya, Gera şəhəri Müharibə veteranı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO