Xaçmazda bilik yarışmasının qaliblərinə mükafat verildi - FOTO

Xaçmazda bilik yarışmasının qaliblərinə mükafat verildi - FOTO

Hazırda oxunan: Xaçmazda bilik yarışmasının qaliblərinə mükafat verildi - FOTO

135087

Xaçmazda ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Təhsil millətin gələcəyidir” adlı bilik yarışmasının qalibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin ilk uşaq televiziyası “ARB Günəş”in təşkil etdiyi intellektual yarışda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki 5 şimal rayonundan 32 məktəbin komandası yarışıb.

Bilik yarışının keçirilməsində əsas məqsəd milli  Lider Heydər Əliyevin zəngin irsini təbliğ etmək, eyni zamanda, istedadlı şagirdləri aşkarlamaq və məktəblilər arasında sıx əlaqələrin qurulmasından ibarət olub.
Səkkiz ay ərzində davam edən yarışmanın bütün qarşılaşmaları “ARB Günəş” televiziyasında yayımlanıb.

İntellektual yarışda Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 nömrəli tam orta məktəbin “Şahdağ” komandası qalib adını qazanıb.

Qusarın Zindan Muruq kənd tam orta məktəbinin komandası ikinci, Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edənlər bildiriblər ki, fenomen və dahi şəxs olan  Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə edilib.

“Təhsil millətin gələcəyidir” deyən  Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərib.  Ölməz lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Heydər Əliyevin  müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
“Təhsil millətin gələcəyidir” adlı bilik yarışmasının qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO