Cəlilabad rayon Söyüdlü kənd sakini Qürbətova Mahirə İbad qızı Moderator.az - a ünvanladığı şikayət məktubunda daxili işlər naziri Ramil Usubova müraciət edib.xa0
Müraciətdə deyilir:
Hörmətli cənab nazir!
Yazıb sizə bildirmək istəyirəm ki, mən Qürbətova Mahirə İbad qızı 1972 ”“ ci ildə Cəlilabad rayon Söyüdlü kəndində anadan olmuşam. Ailəliyəm və bir övladım var. Bacım Qürbətova Elnarə İbad qızı 2007 ”“ ci ildə Maşlıq kənd sakini Mirverdiyev Əmanət Mirzəmməd oğlu ilə ailə qurmuşdu. Bu nikahdan onların bir övladı da var. 2009 ”“ cu ildə onların xasiyyəti düz gəlmədiyinə görə məhkəmə qaydasında boşandılar. Boşanma zamanı Əmanət Mirverdiyev Elnarənin cehizini xarab etdiyi üçün və qızıllarını satdığına görə, onların Maşlıq kəndində olan 1,4 hektar torpaq sahəsinin 77 sotu 2010 - cu ildə qərarla Elnarəyə verildi. Lakin Əmanət Mirverdiyevin Zakir və Famil adlı qardaşları imkan vermədilər ki, torpaq bizə verilsin. Altı ildir ki, bacıma verilən torpaq sahəsində Elnarə əkin əkə bilmir ki, azyaşlı uşağını dolandıra bilsin.xa0
19.01.2015 ”“ ci ildə Bacım Elnarə Qürbətova bizə gələrək mənə dedi ki, gəl gedək torpağıma baxaq görək orda nə əkə bilərəm. Bacıma ayrılan torpaqda gedib gördük ki, ev tikiblər. Biz həyətə girən kimi bacımın keçmiş həyat yoldaşının qardaşları Famil, Zakir və bacımın günüsü Afət xanım üstümüzə hücum çəkdilər. Məni bacımın keçmiş qaynı Zakir Mirverdiyev döydü. Bundan sonra mən huşsuz vəziyyətdə Söyüdlü kənd sakini Ağayev Hidayət İsgəndər oğlu tərəfindən xəstəxanaya çatdırıldım. Bir həftə xəstəxanada və bir həftə də evdə yataqda yatdım.xa0
Faktla bağlı Cəlilabad polis şöbəsində CM ”“ nin 128 ”“ ci maddəsi ilə cinayət işi başlandı. İşin istintaqı Cəlilabad RPŞ ”“ nin İB ”“ nin baş müstəntiqi, polis mayoru Yaşar İbadov tərəfindən aparılır. Amma, çox təsüflər olsun ki, cinayət işi rayon polis şöbəsi tərəfindən ört ”“ basdır edilir. Xahiş edirəm mənə xəsarət yetirən şəxsin istintaqa cəlb olunaraq cəzalandırılması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.xa0
Hörmətlə, Cəlilabad rayon Söyüdlü kənd sakini Qürbətova Mahirə İbad qızı.
Tel: 050 ”“ 804 ”“ 24 ”“ 74xa0



































































































