Şəkidə tarixi abidə ərazisində eko aksiya təşkil olundu - FOTO

Şəkidə tarixi abidə ərazisində eko aksiya təşkil olundu - FOTO

Hazırda oxunan: Şəkidə tarixi abidə ərazisində eko aksiya təşkil olundu - FOTO

135036

Şəkidə “Tarixi abidələrimizi, memarlıq irsimizi qoruyaq sahib çıxaq” devizi altında təşkil edilən aksiya zamanı ərazi təmizlənib, yeni ağaclar əkilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna arxeoloq İntizar Bədəlova məlumat verib.  

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarəsinin əməkdaşları Şəki rayonu Fazıl kəndində yerləşən "Əbədi sükut dünyası - Labirint" praktiki arxeoloji muzeyə baş çəkib, ərazidə abadlıq işləri aparıb. 

Muzeyin ərazisində öz gözəlliyi, qaməti ilə seçilən 50 ədəd sərv ağacı da əkilib. 

Belə eko aksiyaların digər tarixi abidələrin ərazisində də keçirilməsi nəzərdə tutulur. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO