İkinci Dünya Müharibəsinin 78-ci ildönümü günündə o dəhşətli illəri canlı yaşamış, bu qələbədə xüsusi xidmətləri olan100 yaşlı veteranla söhbətləşəcəyik. Belə veteranlardan indi ölkədə çox az qalıb. Bəli, müsahibimiz sovet xalqının alman faşismi üzərində tarixi qələbəsinə öz töhfəsini vermiş və bir əsr yaşamış veteran Məhəmməd Məmmədovdur.
Xaçmaz rayonunun cəbhəyə getmiş minlərlə cəsur oğlundan yeganə sağ qalan Məhəmməd kişi rayonun Aşağı Zeyid kəndində yaşayır. Məhəmməd Məmmədov 1942-ci ildə 19 yaşı olanda Azərbaycandan müharibəyə yollanıb və Gürcüstandakı çağırış məntəqəsindən cəbhəyə yola düşüb.
Danışır k, əsasən 416-cı Taqanroq Diviziyasının tərkibində vuruşub. Mozdok və Mozdok ətrafı gedən döyüşlərdə fəal iştirak edib.
Məhəmməd kişi, amma söhbətində o qanlı-qadalı illəri xatırlamaq istəmir. Həm ailə üzvlərinə, həm də onu görməyə gələn hər kəsə yalnız bu günki xoş güzəranımızın qədrini bilməyi tövsiyə edir.
Bu, bəlkə də ondan irəli gəlir ku, gənc yaşında müharibənin acı dəhşətlərini canlı olaraq görüb, qanın su yerinə axdığını canlı yaşayıb.
Məhəmməd Məmmədov Bizim.Media vasitəsi ilə 9 May Qələbə günündə hamıya sağlamlıq və gözəl həyat arzulayıb.
100 illik tarixin canlı şahidi olan ağsaqqal böyük bir ailənin də başçısıdır. Yeddi övlad - 2 oğlan, 5 qız böyüdən Məhəmməd kişinin uşaqları da artıq nənə-babadır.
Öyrəndik ki, Məmmədovlar ailəsinin 23 nəvəsi, 76 nəticəsi və 2 kötücəsi var. Məhəmməd kişi ailəsi o vaxt doğum haqqında şəhadətnaməni gec aldığından konkret doğum tarixini xatırlamır. Ad gününü almanlarla müharibənin tarixi qələbəsi günü olan 9 Mayda keçirməyi xoşlayır.
"O qələbə olmasaydı, mən geri qayıtmazdım. O qələbə günü bizi evlərimizə qaytardı". Xaçmazlı Böyük Vətən Müharibəsi veteranı belə deyir.
Son günlər Məhəmməd kişinin evi daha çox qonaq-qaralıdır.
İkinci Dünya Müharibəsinin canlı şahidini qapısına gələn həm kənd sakinləri, həm də qonaqlar maraqla dinləyir.
Ötən gün Məhəmməd babanı təbrikə gələnlər arasında Xaçmaz RİH başçısı Elnur Rzayev, Xaçmaz regional mədəniyyət idarəsinin rəisi vəzifəsini icra edən Fərid Musayev və digər rəsmi şəxslər də olub.
Gələn qonaqların veteran ağsaqqala bayram təbrikləri isə belə sağlam yaşamaqda davam etməsini arzulamaq olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:32 / 09.05.2023
Xaçmazlı müharibə veteranı 1941-1945-ci illəri niyə xatırlamaq istəmir? - FOTO
Hazırda oxunan: Xaçmazlı müharibə veteranı 1941-1945-ci illəri niyə xatırlamaq istəmir? - FOTO
Hazırda oxunan: Xaçmazlı müharibə veteranı 1941-1945-ci illəri niyə xatırlamaq istəmir? - FOTO
135031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.