Məhkəmənin vəzifəli şəxsləri “Heydər zirvəsi”nə yürüş ediblər - FOTO

Məhkəmənin vəzifəli şəxsləri “Heydər zirvəsi”nə yürüş ediblər - FOTO

Hazırda oxunan: Məhkəmənin vəzifəli şəxsləri “Heydər zirvəsi”nə yürüş ediblər - FOTO

135019

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının sədri Raqib Qurbanov və Ali Məhkəmənin Məhkəmə işlərinin idarə edilməsi şöbəsinin müdir müavini Ruhin Yolçuyev “Heydər zirvəsi”nə yürüş ediblər. 

Bizim.Media xəbər verir ki, yürüş iştirakçıları ölkəmizin ən ucqar kəndlərindən biri olan Xınalıqdan hərəkətə başlayaraq, Böyük Qafqaz dağlarının Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3758,6 metr hündürlükdə yerləşən mürəkkəb relyefə malik “Heydər zirvə”sinə sərt iqlim şəraitində əzmkarlıq nümayiş etdirməklə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla anıblar. 

Azərbaycan Respublikası Ali Məhkəməsinin rəmzi olan bayraq ilk dəfə "Heydər zirvə"sində dalğalandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO