KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək

KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək

Hazırda oxunan: KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək

135011

Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb. 

Xatırladaq ki, 31 may - 2 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica”) keçiriləcək. Sərgidə avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı, yükdaşıma, logistika, kuryer vasitəsilə çatdırılma sahələrində fəaliyyət göstərən dövlət və özəl qurumların xidmətləri, müxtəlif nəqliyyat vasitələri, qoşqular, avadanlıqlar, anbar və məlumatlandırma sistemləri və s. nümayiş olunacaq.

Tədbir nəqliyyat və logistika sahələrində yeni texnologiyaların və məhsulların sərgilənməsi, satış imkanlarını genişləndirmək və yeni satış kanalları tapmaq, təcrübə mübadiləsi üçün geniş imkanlar yaradacaq. 

Nəqliyyat sektorunda çoxlu sayda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi nəzərə alınaraq onların məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi məqsədilə “TransLogistica” sərgisində KOB-ların iştirakına dəstək göstəriləcək. Bu məqsədlə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına sərgidə KOB-ların məhsul və xidmətlərinin təqdim olunacağı xüsusi stend qurulacaq. 

Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar mayın 19-na qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “TransLogistica” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilər:

//bit.ly/44G0Wiq 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO