Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının 2016 ”“cı il üçün elan etdiyi qrant müsabiqəsində “İstedadlı Əlillər”x9d İctimai Birliyinin “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası”x9d adlı layihəsi müsabiqədən keçmişdir. “İstedadlı Əlillər”x9d İB-dən verilən məlumata görə, layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətin çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir.
xa0Layihənin qarşısına qoyduğu vəzifələr sadalanan məqsədlərin gerçəkləşdirilməsi yönünüdə bir sıra işlər ”“ təlimlər, konsultasiyalar, seminarlar, konfranslar, müsabiqələr, kurslar, sərgilər, konsertlər və müxtəlif tədbirlər gerçəkləşdirməkdir. Layihə çərçivəsində iştirakçıların hüquqi problemlərinin həllinə dair işlərin görülməsi, yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və üzə çıxarılması, təhsil və mülicə problemlərinin həll olunması yönündə işlərinin görülməsi nəzərdə tutulur. Əlilliyi olan insanları “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası”x9d layihəsində iştrak etməyə dəvət edirik. Layihənin icra müddəti dörd aydır. Bizə müraciət edin. Ətraflı məlumat üçün aşagıda qeyd olunan ünvan və telefon nömrələri ilə bizimlə əlaqə saxlayın
Ünvan : Xırdalan şəhəri. Heydər Əliyev pr. 39. “İstedadlı Əlillər”x9d İctimai Birliyinin ofisi. (Abşeron RİH-nin binasının yanı) Email : [email protected] [email protected] Əlaqə tel : (994) 50 999 30 79 (994) 70 760 28 28 (994) 55 760 28 28 (994) 12 342 45 64

































































































