Evlilikdə yaş fərqinin doğurduğu PROBLEMLƏR - “Nikaha girənlər psixoloji müayinə olunmalıdır”

Evlilikdə yaş fərqinin doğurduğu PROBLEMLƏR - “Nikaha girənlər psixoloji müayinə olunmalıdır”

Hazırda oxunan: Evlilikdə yaş fərqinin doğurduğu PROBLEMLƏR - “Nikaha girənlər psixoloji müayinə olunmalıdır”

134967

Cütlüklər arasında böyük yaş fərqi olan nikahların sayı artmaqdadır. Belə evliliklərdə, əsasən, kişilərin yaşının qadınlardan 10-18 yaş arası olduğu müşahidə olunur. Əlbəttə ki, qadınların da özlərindən yaşca kiçik olan kişilərlə nikaha daxil olduqları barədə faktlar var. Belə nikahlar cəmiyyətdə birmənalı qarşılanmır. Tərəflər arasında böyük yaş fərqinin olması izdivac dövründə onları ciddi problemlərlə üz-üzə qoyur. Çox hallarda boşanma, bəzən isə keçimsizlik səbəbindən qətllə nəticələnir.

Tərəflərin düşüncə tərzi və dünyaya baxışı arasında kəskin fərq tədricən böyük yaş fərqi olanlarda özünü göstərir. Əsl problem ailəyə övlad gələndən sonra naşlayır. Ər və arvad onu öz düşündüyü kimi tərbiyə etməyə çalışır ki, burada fikirlər toqquşur və münaqişələrə səbəb olur. 
 

MÖVZU İLƏ BAĞLI:

Evlənmək üçün efirə gələn yaşlılar niyə gülünc vəziyyətə SALINIR? – Psixoloq kanalları TƏNQİD ETDİ 


Elə ötən gün baş verən bədbəxt olay kimi...

Əri tərəfindən Novxanı kəndindəki bağ evində qətlə yetirilən tanınmış plastik-cərrah Türkan Gündüz də həyat yoldaşından 15 yaş kiçik idi. Əslində bu faciədə yaş fərqi böyük faktor daşımır. Amma başqa nümunələrdə yaş fərqi ailə məsələlərində yaranan problemlərin kökündə dayanır.

Bəzən 18 yaşında qızı tez-tələsik Rusiyada və ya başqa ölkədə biznesi olan, sadəcə ailə xatirinə evlənmək istəyən 35 yaşlı şəxsə ərə verirlər. Bu cür məsələlərdə valideynlərin müdaxiləsi və rolu isə üstünlük daşıyır. Nikaha hazırlaşan qız ailə quracaq şəxsin xarakterini, həyata  baxışını önəmsəyir, nə də yaşca özündən böyük insanı tanımağa fürsət tanıyır. Pul və var-dövlətə aldananların isə sonu çox vaxt uğurla nəticələnmir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikrincə ailə münasibətlərində vacib məqam əks cinsin nümayəndələrinin həyata baxışlarındakı fərq dayanır:

“Cütlklərin düşüncələri, hadisələrə reaksiyaları, arzuları adətən bir-birindən kəskin fərqlənir. Adətən deyirlər ki, bir qədər yaşlı adamların ailəyə münasibəti, qadına davranışı daha müdrik və səbirli olur. Amma göründüyü kimi deyil. Yaş məsələsi önəmli deyil. İstənilən halda evlənən şəxslər psixoloji diaqnostikadan keçməlidir. 

Qarşı tərəfin zorakılığa meyli olub-olmaması, zorakılığı təsvir etməsi, hansısa streotiplərlə ailəni idarə etməsi, yaxud onun üzvlərinin ona münasibətdə təsiri kimi məqamları öyrənmək çox yaxşıdır.

Əksər hallarda tərəflər bir-birlərinə bu məlumatı vermirlər. Özlərinin emosional vəziyyətini, duyğularını gizlədirlər. Yaxud zorakılığa meyilli olub-olmamalarını aşkarlamırlar. Əsas şəxsin özünün streotiplərə və ənənəyə bağlılığı, özünə zorla tabe etdirmək istəyi kimi hərəkətlər olub ki, bunlar da ailənin dağılmasına təsir edə bilər. 

Daha zərif və eleqant olurlar. Evlilikdən sonrakı dövrdə isə xoşagəlməz proseslər baş verir. Əslində vətəndaş öz taleyinə biganə olmamalıdır. Evlənən şəxslər indiki duruma baxaraq, seçim etdiyi adamla bağlı hərtərəfli məlumatlı olmalıdır. Təssüf ki, Azərbaycanda çoxları valideynləri tərəfindən təzyiq altında məcburi evliliyə gedilər. Bizim bu cür ailə qurmaq metodumuz çox böyük fəsadlara gətirib çıxaracaq”. 

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, qeyd olunan məsələ individual xarakter daşıyır və adamına görə dəyişir:

“Hər yaşın və insanın özünün xarakteri var. Psixoloqlar deyir ki, cütlüklər arasında ən çoxu 6 yaş fərqi olmalıdır. Amma bunun standart və konkret statistikası yoxdur. İnsanların hissləri individualdır, əsas xarakter və həyata baxış uyuşmasıdır. Adam tanıyıram ki, 20 yaşı var, amma 40 yaşındakının ağlına və həyata baxışına sahibdir. Yaxud əksinə... Ona görə də evlilikdə yaş fərqi o qədər də ciddi önəm daşımır”.

Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO