Tanınmış plastik cərrahı öldürən əri HƏBS EDİLDİ - FOTO

Tanınmış plastik cərrahı öldürən əri HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Tanınmış plastik cərrahı öldürən əri HƏBS EDİLDİ - FOTO

134960

Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsində qapalı keçirilən iclasda istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, Muhammet Gündüz barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Muhammet Gündüz məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini, əməlindən peşman olduğunu deyib.

Qeyd edək ki, dünən-mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.
Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər klinikalardan birində plastik cərrah kimi fəaliyyət göstərib.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO