İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində nəzarət-yoxlama tədbirləri həyata keçiriblər.
Belə ki, atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə keçirilən tədbirdə avtomobillər saxlanılıb.
Həmin nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı yol polisi əməkdaşları tərəfindən xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.
Avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə biləcəyi sürücülərin diqqətinə çatdırılıb.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu