Şabranda 2 məktəblini maşın vurdu  

Şabranda 2 məktəblini maşın vurdu  

Hazırda oxunan: Şabranda 2 məktəblini maşın vurdu  

134926

Şabranda iki məktəbli qəzaya düşüb. 

DİN mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq hadisənin təfərrüatını açıqlayıb. 

Bildirilib ki, mayın 8-də səhər saatlarında Şabran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. İki məktəbli qəfil hərəkətdə olan "Toyota"nın qarşısına çıxıb.

Avtomobilin sürücüsü, polis nəfəri məktəbliləri xəstəxanaya çatdırıb. Hazırda müalicələri davam edir, həyati təhlükələri yoxdur. Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam edir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO