Şəkinin qədim sənət nümunələri niyə unudulur? – FOTO  

Şəkinin qədim sənət nümunələri niyə unudulur? – FOTO  

Hazırda oxunan: Şəkinin qədim sənət nümunələri niyə unudulur? – FOTO  

134924

Qədim tarixə malik Azərbaycanın sənətkarlar diyarı Şəkidə 20-ə yaxın sənət növü bu gün də nəsilllər, onların övlad və nəvələri tərəfindən yaşadılır.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu sənət növləri içərisində unudulmaqda olanlar da az deyil.

Əslində unudulmaq deməyək, sadəcə dövrün tələbi bunu zəruri edir. Vaxtilə Şəkidə 15 sandıq ustası vardısa, indi cəmi bir usta qalıb.

Şəkiyə daxil oldunsa, bütün işarələr ya tarixi məkanla başlar ya da tarixi məkanla sonlanar. Hələ qədim zamanlardan bu şəhərin sənətkarlarının istehsal etdikləri məhsullar yerli əhalinin tələbatını ödəməklə yanaşı, xarici ölkə bazarlarına da yol tapıb. 

Bir sözlə Şəkinin tərəqqisi həm də sənətkarlığın inkişafı ilə şərtlənirdi. Sənət, sənətkarlıq inkişaf etdikcə əhalinin gün-güzəranı yaxşılaşır, yeni-yeni karvansaralar tikilir, xalqlar və ölkələlər arasında ticarət əlaqələri formalaşırdı.Tarixi araşdırmalara görə, Şəkidə hər sənət növü bir məhəllədə yerləşib və məhəllə də həmin sənət növünün, sənət sahəsinin adı ilə tanınıb. Şəhər inkişaf etdikcə yeni həyata uyğun bir çox yeni sənət sahələri də yaranıb və onların bir çoxu indi də uğurla inkişaf etdirilir. 

Şəhərin “köhnə bazar” deyilən hissəsində 60-70-ci illərdən sənət adamları üçün ayrılan balaca köşklər bu günümüzə kimi qalır. 

Onlardan biri də sandıq ustası Əlikram Ələkbərova məxsusdur. 

Səhər saatları olmasına baxayaraq ustanın qapısı açıqdı, iş gedir. Usta ilə salamlaşıb emalatxanaya daxil oluruq. Onun sənət çox kiçik olmasına baxmayaraq səliqə-sahmanlıdır. Əlikram ustadan öyrənirik ki, onun sifarişləri bir qədər azalıb. 

O, bizi həyətdə hazırladığı sandıqla tanış edir. Və bildirir ki, sandıqdan tək cehiz kimi deyil həm də antikvar kimi istifadə edənlər də az deyil. O, bir sandığı iki günə hazırladığını deyir. Əsasən də şam taxtasından istifadə edir. Çünki bu taxtadan hazırlanan məhsullar keyfiyyətli və uzunömürlü olur. Digər tərəfdən onda istənilən məhsulu saxlamaq da təhlükəsizdir. 

Ustanın sözlərinə görə, bir sandığı 50-60 manata satır. Onun müştərilər əsasən rayon camaatıdır. Həmçinin Bakıdakı iri bazarlardan da daimi müştəriləri var ki, onlardan da sifariş alır. Ustanın hazırladığı süvenirlər sırasında mücrülər də diqqətimizdən yayınmır. 

“Sandıqdan çox mücrüyə təlabat var” deyən usta bildirir mi, mücrü balaca və antikvar sayılır və qadınlar tərəfindən sevilir. 

Ömrünün 50 ilini sandıq hazırlamağa həsr edən Əlikram kişi gənclərə səslənərək bildirir ki, nə qədər gec deyil sənət öyrənsinlər. Elə sandıq ya uşaq beşikləri hazırlamaq üçün usta yanına getsinlər. Ona müraciət edənləri isə Əlikram usta heç bir təmanna olmadan öyrətməyə hazır olduğunu bildirdi. Usta onu da əlavə etdi ki, məhz bu sənətlə ailə-ev sahibi olub, iki övladına ali təhsil verib. 

Və son nəfəsinə kimi də bu sənətdə qalacaq.Çünki bu sənət ruzili-bərəkətli bir sənətdir.  






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO