İki ayağını itirmiş qazi Heydər Əliyev zirvəsinə qalxdı - VİDEO

İki ayağını itirmiş qazi Heydər Əliyev zirvəsinə qalxdı - VİDEO

Hazırda oxunan: İki ayağını itirmiş qazi Heydər Əliyev zirvəsinə qalxdı - VİDEO

134879

1-ci Qarabağ müharibəsi şəhidinin övladı, ikinci Qarabağ müharibəsində hər iki ayağını itirmiş qazi Polad Rzayev Heydər Əliyev zirvəsinə qalxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Polad Rzayev özü məlumat verib.

"Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə onun adına olan zirvəyə qalxmaq şərəfinə nail olduğuma görə Vətənimə, Millətimə və Ali Baş Komandanıma sonsuz minnətdaram!

Videoda dediyim sözlərin bir qismi küləyə görə yaxşı eşidilmədiyi üçün burda bir daha qeyd edirəm:

"Əziz dostlar, əziz Azərbaycanlılar. Mən, Polad Rzayev, 1-ci Qarabağ müharibəsi şəhidinin övladı, ikinci Qarabağ müharibəsində hər iki ayağını itirmiş qazi, bu Zirvəyə gəlişimi bütün şəhid qardaş-bacılarıma həsr edirəm. Eyni zamanda mən bura təkcə Polad adından deyil, bütün qazilərimiz adından, onların hamısını ürəyimdə tutaraq gəlmişəm.
Və burdan, dahi Heydər Əliyev zirvəsindən bütün qazilər adından üzümü həm azərbaycanlılara, həm də dünyaya tutub deyirəm: Ali Baş Komandanın bir əmri ilə mən və mənim kimi minlərlə oğullar nəinki vücudumuzun bir hissəsindən, canımızdan keçərək bütün zirvələri qət etməyə hazırıq. Yaşasın Ali Baş Komandan, yaşasın igid, qurd oğullarımız, yaşasın sərhədləri bütöv Azərbaycan!", deyə o, qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO