Şəkidə kütləvi DAVA – Yaralananlar var

Şəkidə kütləvi DAVA – Yaralananlar var

Hazırda oxunan: Şəkidə kütləvi DAVA – Yaralananlar var

134857

Şəkidə çay evində mübahisə zəminində dava olub, xəsarət alanlar var. 
Rayonun Cumakənd kəndində baş verən davada müxtəlif kəndlərdən gələn sakinlər biri-digərinə xəsarət yetirib. 

Faktı Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov təsdiqləyib. 

Bildirilib ki, dava Cumakənd sakini 32 yaşlı Həsən Səfərovla yanaşı, Daşüz kənd sakini 44 yaşlı Xəyyam Quliyev və Şorsu kənd sakini, 48 yaşlı Qoşqar Davudov arasında baş verib.
Hər üç şəxs davadan sonra Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

Bizim.Media-nın yerli bürosu ilə söhbətində polis kapitanı Mahir Məsimov dava ilə bağlı Şəki Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma başlandığını bildirib.

Qeyd edilib ki, dava edənlərin xəsarətlərilə bağlı müvafiq ekspertiza təyin olunub. Hazırda araşdırma aparılır və nəticələr bəlli olandan sonra, ekspertizanın rəyi əsasında hər üç şəxsin əməlinə hüquqi qiymət veriləcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO