Partiya sədri əfv olundu

Partiya sədri əfv olundu

Hazırda oxunan: Partiya sədri əfv olundu

134849

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

Bizim.Media xəbər verir ki, Prezidentin sərəncamı ilə əfv olunanlar siyahısında Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev də var.  
 

MÖVZU İLƏ BAĞLI:

Prezident əfv sərəncamı İMZALADI - SİYAHI


Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb.

İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO